25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Anji": büdcə azaldıldı, ulduzlar gedir

Rusiyanın "Anji" klubunun rəhbərliyi gözlənilməz qərar qəbul edib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın son turunda "Anji" öz meydanında "Rostov"a 0:1 hesabı ilə uduzub. Matçdan sonra isə klubun sahibi Süleyman Kərimov bəyan edib ki, komanda bundan sonra siyasətini tam dəyişəcək. Buna qədər əcnəbilərə külli miqdarda pullar xərcləyən Mahaçqala klubu bundan sonra üstünlüyü yerli oyunçulara verəcək. Artıq sabiq baş məşqçi Hacı Hacıyev komandaya qaytarılıb. Klubun büdcəsi isə illik 50-70 milyon dollar arası olacaq. Halbuki 2012-ci ildə "Anji"nin büdcəsin 180 milyon dollar təşkil edirdi. Əksər ulduzlar komandadan gedəcək. Artıq komandada yüksək məvacib qarşısında oynayan yerli və əcnəbi futbolçular digər klublarla danışıqlara başlayıblar. Komandanın liderləri ilə görüşən Kərimov narahatçılığa heç bir əsas olmadığını və oyunçuların müqavilədə göstərilən məbləği tam olaraq alacaqlarını bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30