20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Roberto Bordin: "Bütün kartları açmaq istəmədik"

"Bu cür tədbirə dəvət aldığım üçün şadam. Böyük futbolçu və yaxşı insanın yubileyidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq matçında iştirak edən "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. İtaliyalı mütəxəssis oyundan sonra jurnalistlərə açıqlamasında 5:5 hesablı görüş haqda danışıb: “Demək olmaz ki, ciddi şəkildə məşq edirəm.

Bu gün çox çətin oyun olmadı. Temp o qədər də yüksək deyildi. Əsas odur ki, bayram idi və biz yubilyarı təbrik etmək üçün burdayıq”.

Bordin matçın gedişində rəqibin qapısını qoruyan "Qarabağ"ın qapıçılar üzrə məşqçisi Elxan Həsənovla təkbətək çıxsa da, fürsəti əldən verib. O, "Çempionatda əsas rəqibiniz sayılan qapıçılarla işləyən məşqçi ilə təkbətək çıxsanız da, fərqlənə bilmədiniz" - sualına gülərək cavab verib: "Bütün kartları açmaq istəmədik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30