25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Doblas maaşından kəsilmiş cəriməni tələb edir"

Bir müddət əvvəl "Xəzər Lənkəran"dan uzaqlaşdıran 4 futbolçudan ikisi - Eder Bonfim və Marin Orsuliçin Cənub klubu ilə artıq heç bir bağlılığı qalmayıb. Bu haqda Futbolxeber.az saytına "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: "Artıq Orsuliç və Bonfimlə müqavilə məsələsini yoluna qoymuşuq. Doblas haqda da eyni sözlrəi deyə bilmərəm. İspan qapıçı ilə klub arasında yalnız xırda məsələ qalıb. Belə ki, Toşakın qərarına əsasən komanda cəzalanarkən Doblasın maaşından 15-20 faiz cərimə tutulmuşdu. Amma indi qapıçı həmin məbləği də tələb edir. Bu məsələ yoluna qoyulduqdan sonra onun da komandamızla heç bir bağlılığı qalmayacaq. O ki qaldı Pitə, onun hələ müqaviləsi var. Hazırda özünə yeni klub axtarır. Əgər, özünə komanda tapa bilməsə, əvəzedici komanda ilə birgə məşq edəcək".

"Özünə klub tapa bilməyəcəyi halda, Pitin əsas heyətə qayıdışı mümkündürmü" sualını isə klub rəsmisi belə cavabıandırıb: "Yox, bu, qeyri-mümkündür. Pitin əsas komandaya qaytarılmasından söhbət belə gedə bilməz. Özünə klub tapmasa, müqaviləyə əsasən klub ona məşq etməyə şərait yaratmalıdır. O da əvəzedicilərlə birgə hazırlıq keçəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30