20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Bütün şanslarımızı itirməmişik”

"Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandaları ilə qarşılaşmalardan da qalib ayrılmışdılar".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Avropa çempionatının seçmə mərhələsində İsrail yığmasına böyükhesablı məğlubiyyəti şərh edən çalışdırıcı hələ şanslarını itirmədiklərini söyləyib:

"Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq".

Qeyd edək ki, birinci qrupda mübarizə aparan yığmamız ilk oyunda bu gün İsrail seçməsinə 1:4 hesabı ilə uduzub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30