24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Maksim Medvedevdən rekord

Topaz Premyer Premyer Liqanın 11-ci turu Maksim Medvedev üçün əlamətdar olub. 
 
Futbolxeber.az-ın PFL-in rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Qəbələ”ylə səfərdəki matç (3:1) müdafiəçinin Azərbaycan çempionatlarında 269-cu oyunu olub. 
 
Yalnız bir komandada - "Qarabağ"da çıxış edən, Medvedev bununla da klubun tarixində yeni rekorda imza atıb. O, Ağdam klubunun heyətində ölkə çempionatlarında ən çox oyun keçirən futbolçu adına yiyələnib. Maksim 2006/07 mövsümündən çıxış etdiyi “Qarabağ”da keçirdiyi 269 oyunda 10 qol vurub. O, “Qəbələ” ilə görüşdə Aslan Kərimova məxsus olan və ötən tur şərik olduğu rekordu yeniləyib. 
 
Kərimov 1993-1997 və 2003-2011-ci illərdə “Qarabağ”da 268 çempionat oyununda forma geyinib və 12 qol vurub. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30