29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nazim Süleymanov: "Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim"

"Komanda 11 oyuna 5 qırmızı vərəqə aldı. Səhhətimlə bağlı rəhbərliyə müraciət etdim. Məğlubiyyətlər və bu kimi hallar məni əsəbiləşdirir, səhhətimdə problemlər yaranırdı".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında "Sumqayıt" klubu ilə yollarını ayıran Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisindəki fəaliyyəti dövründə futbolçuların çoxlu qırmızı vərəqə almalarına diqqət çəkib: "11 oyuna 5 qırmızı vərəqə aldıq. Bu qədər qırmızı vərəqə həddindən artıq çoxdur. Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim. Ayrı bir baş məşqçinin gəlməsi komanda üçün yaxşı olar. Ümidvaram ki, bu addımım komandaya xeyir verəcək".
 
N.Süleymanov komandanın futbolçuları ilə münasibətinin yaxşı olmaması ilə bağlı yayılan iddiaları təkzib edib: "Belə məlumatlar düzgün deyil. Çempionatın əvvəlində yaxşı çıxış edirdik. Necə oldu ki, qələbə qazananda yaxşı idi, uduzanda pis? Bütün xırdalıqları rəhbərliklə danışdım. Bu gün toplantı oldu. Özüm yaxınlaşıb dedim ki, səhhətimlə bağlı ayrılmaq istəyirəm. Bu, komandanın xeyrinə olacaq. Bir az istirahət etmək istəyirəm. Ondan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31