29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Belə şeylərə inanmıram, komanda oyuna hazır deyildi"

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Permyer Liqasında "Səbail"ə 0:4 hesabıyla məğlub olduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, Əhmədov media mənsublarıyla görüşdə bunları deyib:
 
"Deyiləcək çox şey yoxdur. Ən pis oyunumuzu keçirdik. Komandada zədəli futbolçular var. Bu, özünü göstərdi. Bəhanə deyil. "Səbail" oyuna tam ciddi hazırlaşmışdı. Onları təbrik edirəm".
 
- Mikayıl Cabbarov ikinci dəfədir oyununuza gəlmişdi. Amma bunların birincisində "Sumqayıt"a 1:4, bu gün isə 0:4 hesabı ilə uduzdunuz...
 
- Belə şeylərə inanmıram. Komanda oyuna hazır deyildi.
 
- Topsuz olanda "Sabah" meydanda görünmür. Bu nə ilə bağlıdır?
 
- Cinahlarda Məqsəd İsayev və Elşən Abdullayev istədiklərini edə bilmədi. Mərkəzdə Kərim Diniyevin olmaması özünü göstərdi. İtkilərimizin olması öz sözünü dedi.
 
- "Qarabağ"la oyunda daha yaxşı müdafiə olunmuşduz. Bu gün isə əksinə. Bunu nəyə bağlıyırsız?
 
- "Qarabağ"la oyuna əks hücumda oynamaq üçün hazırlaşmışdıq. Burda isə tam fərqli şəkildə hazırlaşmışdıq.
 
- Marko Deviçin olmaması özünü göstərdi?
 
- Bəli, oyunu öz üzərinə götürəcək futbolçumuz yox idi. Amma dəfələrlə demişəm ki, komanda bir oyunçudan asılı deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31