19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qarabağ"ın erkən qolu bizi sındırdı"

"Qarabağ" bu oyunda qalib gəlməyə layiq idi. Üstəlik, meydan daha sürüşkən idi. Sanki qış idi. Topun yerdən sıçrayışı adi qaydada deyildi. Buna gec uyğunlaşdıq. Əvvəlki oyunlarda hər şey qaydasında olurdu.".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzan "Vorskla"nın futbolçusu Vyaçeslav Şarpar deyib. 31 yaşlı yarımmüdafiəçi məğlubiyyətin səbəblərini açıqlayıb: "Erkən qol buraxmaq bizi sındırdı. İlk hissədə kobud səhvlər etdik. Yalnız fasilədən sonra oynamağa başladıq. Bir neçə qol şansımız olsa da, bəxtimiz gətirmədi. Onları dəyərləndirə bilərdik".
 
Şarpar oyunda azarkeşlərin davranışlarına görə yaranmış fasilənin onlara pis təsir etdiyini sözlərinə əlavə edib: "Bu hadisələr bizim oyuna pis təsir etdi. Tempi artırmışdıq ki, 3-4 dəqiqə sonra fasilə yarandı. Az vaxt keçdi və yenə eyni, amma daha uzun fasilə oldu. Bu da heç də yaxşı olmadı. Fasilələrin yaranması pis oldu".
 
Ukraynalı dayaq yarımmüdafiəçisi qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Sonadək mübarizə aparacağıq. Onda da nə olacağı bilinəcək. İndi biz meydana çıxıb oynamalı, qarşıdakı hər görüşdə xallar qazanmağa ümid etməliyik".
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30