29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Maksim Medvedev: "Qapıçının topa müdaxilə etməsini gözlədim"

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə “Vorskla”ya qalib gəldikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, təcrübəli müdafiəçi əvvəlcə qələbəni şərh edib.
 
"Çətin oyun olacağını əvvəlcədən bilirdik. Hava şəraiti amili də var idi. Meydan demək olar ki, donmuşdu. Ötürmə ilə oynamaq bir az çətin idi. Amma bu çətinliklərə dözdük. Öz oyunumuzu oynamağa başladıq. Maraqlı oyun keçirdi. Meydanda mübarizə hiss olunurdu. Azarkeşlər də oyunun daha maraqlı olması üçün şou etdilər. Fikrimcə, bu, bir tərəfdən yaxşı olmasa da, digər tərəfdən bizim xoşumuza gəldi. Baxmayaraq ki, paltardəyişmə otağına getdik. Oyun bir qədər sonra yenidən başladı. Hər şey qaydasında idi. Çünki 1:0 öndəydik. Bizdə motivasiya da yaxşı idi. İstəyirdik ki, axıra kimi "Vorskla" ilə mübarizə aparaq. Təəssüf ki, Bakıdakı oyunda məğlub olmuşduq. Yaxşı ki, bu görüşdə qələbə qazana bildik. Təbii ki, sevinirik. Artıq komandada yaxşı əhval-ruhiyyə yaranıb. Növbəti matçlarda da daha yaxşı oynamalıyıq".
 
- Oyunun dayanmağı motivasiya baxımından sizin xeyrinizə oldu?
- Gizlətməyəcəyəm. Əlbəttə ki, xeyrimizə oldu. Çünki rəqib 0:1 hesabı ilə geridəydi. İstəyirdilər ki, pressinq etsinlər və daha çox vuruşsunlar. Səhv eləmirəmsə, matç 65-ci dəqiqədən etibarən 8 dəqiqə dayandı. Komanda olaraq paltardəyişmə otağına getdik və bir az istirahət etdik. Yenidən meydana qayıtdıq. Demək olar ki, oyunun dayanmağı bizim xeyrimizə oldu.
 
- Oyunun dayandırılma ehtimalını əvvəlcədən düşünmüşdünüz?
- Sözün düzü, hadisəni birinci onların azarkeşləri başlatdı. Biz də bunu normal qarşılayırıq. Belə şeylərlə bizi 
təəccübləndirmək olmaz. Oyunun davam edəcəyini fikirləşirdik. Sonra bizim azarkeşlər də bəzi vasitələrdən istifadə etdi. Ondan sonra isə oyun dayandı.
 
- Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?
- Komandanın aktivində üç xal var. Bu çox yaxşıdır. Çalışacağıq ki, digər iki çətin rəqibdən də xal alaq. "Vorskla"da bizim kimi mübarizə aparacaq. Biz "Arsenal" və "Sportinq" komandalarının səviyyəsini başa düşürük. Onlara qarşı oynamaq çox çətindir. "Sportinq"lə Bakıda qarşılaşacağıq. Həmin oyuna da çox yaxşı hazırlaşmalıyıq.
 
- Rəqib sizə qarşı qaydanı pozdu və penalti təyin olundu. Həmin an barədə nə deyə bilərsiniz?
- Birinci matçda bizim qapıçımız səhvə yol vermişdi. Bu oyunda isə rəqib səhv etdi. Adi futbol epizodu idi. Müdafiəçi qapıçıya ötürmə verdi. Qapıçının topa müdaxilə etməsini gözlədim. Topa vurmaq istədim. O da mənə toxunmağa məcbur oldu. Əlbəttə ki, həmin an yerə yıxıldım. Həmin epizodda penalti qazanmağa gedirdim.
 
- Meydan sürüşkən idi. Amma rəqiblə müqayisədə siz buna görə problemlə üzləşmədiniz...
- Əslində, biz də çox problem yaşadıq. Qapıçı arada bizə ötürmə verirdi. Amma topa uyğun gedə bilmirdik. Çünki top ya bərk gəlirdi, ya da istiqamətini dəyişirdi. Ot örtüyü donmuşdu, həm də meydanı sulamışdılar.
 
- Ola bilər ki, bunu bilərəkdən etsinlər?
- Buna inanmıram. Qayda var ki, meydanı sulamaq lazımdır. Ona görə ot örtüyü donmuşdu. Biz də əziyyət çəkirdik. Tək biz yox, rəqib də çətinliklərlə üzləşirdi. Top çox sürətli gedirdi, saxlamaq və ötürmə vermək olmurdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31