29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Zirə”nin “Neftçi” ilə 14-cü dueli

Topaz Premyer Liqasının bu həftə keçiriləcək 11-ci turunda “Zirə” “Neftçi” ilə qarşılaşacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, bu görüş komandaların çempionatda 14-cü oyunu olacaq.
 
İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblərin duellərində üstünlük “Zirə”nin tərəfindədi. Zirəlilər əvvəlki 13 matçdan 8-də qalib gəlib. 3 dəfə heç-heçə edən bu komanda yalnız son iki görüşdə uduzub.
 
Rəqib qapısından 16 top keçirən “Zirə” 9 qol buraxıb. Bu 16 qola 11 futbolçu imza atıb, daha bir qolu “Neftçi” öz qapısına vurub. Duellərdə “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diez 3, Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə qol sevinci yaşayıb.
 
“Qartallar” “Neftçi” ilə səfər matçlarında daha yaxşı çıxış edir. 7-ci dəfə rəqibinin qonağı olacaq komanda əvvəlki 6 matçda uduzmayıb. Səfərdə 3 qələbə qazanan “Zirə” eyni sayda heç-heçə edib. Rəqib meydanında 7 qola sevinən “Zirə” futbolçuları 4 top buraxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31