Ölkə futbolu
“Belə dəyişikliklərə məcbur idim”
“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar. Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. “Vorskla”ya uğurlar arzulayıram”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə "Vorskla"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Oyunboyu həyəcanlı görünürdünüz. İlk hissədə isə hakimdən nəsə soruşurdunuz...
- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.
- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?
- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.
- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...
- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burda qalibiyyət arzulayırdıq. Sadəcə, burda alındı.
- Bakıdakı oyunla müqayisədə start heyətində 4 dəyişikilik var idi. Bu, sırf ilk oyunun nəticəsinə görə edilmiş dəyişikliklər idi?
- Bəlkə hardasa rol oynadı. Amma hər matçda hansısa dəyişikliyi edirik. Bu gün belə dəyişikliklərə məcbur idim. Həm də daha hazırlıqlı oyunçuları meydana buraxmaq istədim. Bədavi və Mahir son vaxtlar çox yükləniblər. Bəzi daha təcrübəli oyunçulara da ehtiyac var idi. Gələn oyunda da dəyişikliklər ola bilər. Bakıdakı qarşılaşmanı məşqçilər daha düzgün analiz etdi və belə dəyişikliklərə əl atdıq. Xırda nüansların hamısı müəyyən rol oynadı.
- 3-cü dəyişikliyə əl atmadınız...
- Bəli, dəyişiklik etmədim. Buna ehtiyac görmədim. Əvvəl düşünürdüm müdafiəçi buraxmağa. Amma oyun göstərdi ki, komanda bir-birini tamamlayır. Bu üzdən ehtiyac duymadım.
- Halldorssonun oyunundan razı qaldınızmı?
- Ondan razı qaldım. Komandaya kömək edirsə, razı qalmalıyam. Digər futbolçuların da hər birindən razıyam.
- Bu qələbədən sonra qrupdan çıxmaq şanslarınızı necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, çətinləşdi. Çünki “Sportinq” səfərdə “Arsenal”la heç-heçə edib. Həm bizim, həm də “Vorskla”nın işi çətinləşdi. Yenə də ümid etməliyik. Biz sona qədər mübarizə aparacağıq.
- Hansı 3 vacib komponentdə rəqibi üstələdiniz ki, bunu Bakıda edə bilmədiniz?
- Futbol kollektiv oyundur. Məncə, komponentləri deməyim düzgün çıxmaz. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdilər və idman xarakteri nümayiş etdirdilər.
- Hər iki oyuna baxsaq, demək olarmı ki, komandalar eyni səviyyədə oyun göstərdi?
- Belə deməzdim. Komandaların fərqli oyun üslubu var. Eyni səviyyə deməzdim. Amma hər iki komanda yaxşı nəticə əldə etmək üçün oyun göstərir. Hər komandanın öz oyunu var. Bir-birimizdən zəif və güclü saymazdım.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Zirə” və “Birbaşa Bakı”dan növbəti qələbə
- “Ağ-qaralar”ın “Black Friday”i
- Azərbaycan derbisinə sözardı
- Fariz Nəcəfov: “Razı olmaram ki, “Qəbələ”yə görə idman prinsipləri pozulsun”
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- “Qarabağ FK - 30 mövsüm səfərdə” sənədli filminin təqdimatı olub
- ETOPAZ - uduşun təminatı!
- “Zirə”dən alqışlanası addım
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Rövnəq Abdullayev Ağsu şəhər stadionuna baxış keçirib
- Şahin Diniyev: “Nəticə baxımından uduzduq, oyun baxımından deyil”
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”
- "Açığı, mən də düşünürdüm ki, Azərbaycan çempionatında "bir ayaqla" oynayacam"
-
18:55
“Neftçi” “Qəbələ”yə qalib gəldi, "Qarabağ" üçün erkən çempionluq şansı (YENİLƏNİR)
-
17:05
Bakıda olimpiya lisenziyası verən yarışda 33 ölkə iştirak edəcək
-
16:32
Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib
-
16:17
Bakı kəndləri arasında futbol turniri başlayır
-
15:54
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
14:43
XXXI və XXXII turun oyun cədvəlləri
-
14:26
Azərbaycan kuboku: Yarımfinal oyunlarının başlama saatı açıqlandı
-
14:00
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə medala həsrət qaldılar
-
13:31
Lunyov: "Azərbaycan və Rusiya futbolu arasında ziddiyyət var"
-
12:55
Azərbaycan Karate Federasiyasının İdarə Heyətinin iclası keçirilib
-
11:48
Azərbaycanın 4 gimnastı Dünya Kubokunda iştirak edəcək
-
11:22
Azərbaycan Kubokunda yarımfinalçıları müəyyənləşib
-
11:09
Apellyasiya Arbitraj Tribunalı İntizam Komitəsinin qərarını ləğv etdi
-
10:57
“Sumqayıt” - “Araz-Naxçıvan” oyununun hakimləri açıqlandı
-
10:16
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq
-
10:00
Şansına güvənənlər ETOPAZ-la belə sevindi
-
09:41
"Araz Saatlı" - "Mingəçevir" oyununda 4 qol VİDEO
-
09:24
Azərbaycan boksçuları beynəlxalq turniri 21 medalla başa vurdu
-
17:56
Ağırlıqqaldıranlar üçün antidopinq seminarı keçirilib
-
17:45
Azərbaycan Premyer Liqasında 4 oyun üçün hakim təyinatları
-
17:24
Millimizin braziliyalı baş məşqçisi Avropa çempionatına vəsiqəni hədəfləyir
-
17:09
“Səbail” növbəti mövsümə aşağı diviziondan başlayacaq?
-
16:32
"Böyük İpək Yolu"nun qalibi: "Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi"
-
16:11
“Qarabağ” qızıl medalları bu tur təmin etsə, çempionluq kubokuna nə vaxt qovuşacaq?
-
15:53
Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb
-
15:07
Azərbaycan millisinin baş məşqçisi: "Komandamızın səviyyəsini gördük"
-
14:28
"Neftçi"nin heyətində 2 itki
-
14:00
"Turan Tovuz" məşqlərini davam etdirir FOTOLENT
-
13:46
Azərbaycan millisinin Avropa çempionatında potensial rəqibləri məlum olub
-
13:34
Millimizin kapitanı: “Azərbaycan xalqı bizdən nəticə gözləyir”
-
13:15
Ağabala Ramazanov qayıtdı - FOTO
-
12:57
"Sumqayıt"da üzlər gülür FOTOLENT
-
12:39
Azərbaycan minifutbol çempionatı: 1/4 final cütləri müəyyənləşib
-
12:25
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:12
Millimizin üzvü İndoneziya klubunda
-
11:58
Azərbaycan millisi "Qalatasaray"a qalib gəlib
-
11:03
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
-
10:46
Minifutbol çempionatı: pley-offun bütün iştirakçıları müəyyənləşdi
-
10:24
"Zirə"nin hücumçusu Burkino Fasoya qarşı oynadı
-
10:11
Orxan Məmmədov millinin hazırlıq planı ilə tanış olub FOTOLENT
-
09:59
Azərbaycan Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib
-
09:47
"Neftçi" "Qəbələ" səfərinə hazırlaşır FOTOLENT
-
09:30
Azərbaycan cüdoçuları Almaniyada təlim-məşq toplanışlarına qatılıblar
-
18:07
“Neftçi”yə lazım olmayan hücumçu "Mölde"də
-
17:51
"Selcan Mahsudovanın uğuru bizi qürurlandırır"
-
17:25
Azərbaycan millisi beynəlxalq turniri 9 medalla başa vurub
-
16:48
Hakimlər üçün seminar keçirilib
-
16:36
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
-
16:19
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
-
16:13
AFFA hakimin şərəf və ləyaqətini alçaldan məşqçini futboldan uzaqlaşdırdı