28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qara Qarayev: "Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur"

“Bizi sabah çox çətin oyun gözləyir. Uğur qazanmaq üçün heç bir maneə yoxdu”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevə məxsusdu. Milli komandamızın üzvü Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Vorskla” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib: “Ev oyunundan sonra rəqib barədə bu sözləri demək olar ki, yaxşı nəticə qazanmağı bacarırlar. Sabah müsbət nəticə əldə etmək güc tələb edəcək. Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, daha yaxşı nəticə əldə edə bilərik”.
 
"İstər milli, istərsə də klubdakı qrafikin sıx olması işimizlə bağlıdı. Qrafik nə qədər sıx olsa, daha yaxşıdı. Bunu tez-tez dilə gətirmək bizi daha çox yorur. İşimizin mahiyyətini başa düşürük. Bu fikri yaxın buraxmamağa çalışırıq. Bizim üçün vacib oyun olacaq. Bakıda da rəqibə qarşı istər mental, istərsə də fiziki cəhətdən yaxşı mübarizə aparmışdıq. Düşünürəm ki, sabah daha yaxşı oynayacağıq" - deyə, Qara Qarayev fikirlərini yekunlaşdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31