29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Vorskla"nın üzvü: " Azərbaycandakı matçda hücumda yaxşı çıxış etməsək də, sabah fərqli olacaq"

“Bütün oyunları bacardığımız qədər uğurlu keçirməyə çalışırıq. Sabah da belə olacaq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Vorskla”nın hücumçusu Yuri Kolomoyetsə məxsusdu. Ukrayna millisinin üzvü bugünkü mətbuat konfransında Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la keçiriləcək qarşılaşma ilə bağlı fikirlərini bildirib. 28 yaşlı futbolçu məqsədlərinin qələbə qazanmaq olduğunu vurğulayıb:
 
"Sabah səliqəli və gözəl oyun göstərəcəyik. Azərbaycandakı matçda hücumda yaxşı çıxış etməsək də, sabah fərqli olacaq".
 
- “Qarabağ”ın gücünü ilk matçda gördünüz. Sabahkı oyunda şansınızı necə dəyərləndirirsiniz?
- Şanslar yarı-yarıyadı. Bu, görüşə necə yanaşmağımızdan asılı olacaq. Fiziki hazırlıqdan da çox şey asılıdı. Məşqçilər korpusu rəqibi yaxşı təhlil edib, bizi lazımınca hazırlaşdırıb. Məşqçimiz rəqibin zəif və güclü tərəflərini sabah yenə deyəcək.
 
- Sizdən sabah qol və ya məhsuldar ötürmə gözləyə bilərikmi?
- İlk oyunda məhsuldar ötürmə verə bilərdim. Amma həmin epizodda top dirəyə dəydi. Qol vurmaq və assist etmək mənim işimdi. Sabah da bunun üçün çalışacam. İlk növbədə komandanın uğuru üçün çalışıram. Məqsədimiz qrupdan çıxmaq olacaq və bunun üçün çalışacağıq.
 
- Oyunlara özünüzü necə hazırlayırsınız?
- Hər bir oyuna maksimum köklənməyə çalışırıq. Xüsusən də, Avropa Liqası matçlarına. Poltavanı və Ukraynanı təmsil etdiyimizi başa düşürük. Bunlar ölkəmiz üçün vacib oyunlardı. Həmişə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışırıq. Rəqibin hansı səviyyədə olmasının bir fərqi yoxdu. Sabah da əlimizdən gələni edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31