19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sibir"in futbolçusu: ""Azərbaycan yığması üçün maraqlı olduğumu düşünmürəm"

“Azərbaycan yığması üçün maraqlı olduğumu düşünmürəm”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Sibir”in futbolçusu Şamil Qurbanov deyib.

U-19, U-21 və əsas millimizdə də çıxış etmiş Qurbanov yenidən Azərbaycan millisində oynamaq istəyir.

Ancaq bunun baş tutmayacağını düşünür. Buna səbəb isə “Ulises” klubunda baxışda olduğunu bildirib.

O bildirib ki, erməni klubuna səhvən yollanıb: “Bu, çoxdanın söhbətidi. Amma onu deyə bilərəm ki, heç hansı kluba yollandığımı bilmirdim. Sadəcə o vaxtkı menecerim başıma oyun açmışdı. Təbii ki, Azərbaycanda oynamaq istəyərdim. Amma bilirəm ki, orada mənim haqqımda neqativ düşünürlər. Halbuki mən hər zaman Azərbaycan üçün bütün gücüm və ürəyimlə oynamışam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30