20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Malta millisinin üzvü: "Azərbaycan qrupun qalibi olacaq"

Malta millisinin aparıcı üzvlərindən sayılan Pol Fenex Futbolxeber.az saytına açıqlama verib. Yarımmüdafiəçi Azərbaycan millisinə qarşı keçirdikləri görüşü dəyərləndirib. Bununla yanaşı qrupda hansı komandanın qalib olacağına proqnoz verib:
 
“Azərbaycanla görüşdə uduza biləcəyimizi ehtimal edirdik. Çünki rəqibin gücünü bilirdik. Bundan savayı Azərbaycana bu görüşdə qələbə çox vacib idi. Ona görə də bizim üçün ağır olacağı məlum idi. Şadam ki, biz istədiyimiz nəticəni qazana bildik. Düzdü, qələbə də qazanmaq olardı. Çünki son dəqiqələrdə dirək qalib gəlməyimizə imkan vermədi. Ancaq nəzərə alsaq ki, Azərbaycan yığması sona qədər hücumlar edirdi, yaxşı nəticə qazandığımızı deyə bilərik.
 
Riyazi olaraq bizim də şansımız var qrupdan çıxaq. Biz son oyunlara da qələbə üçün çıxacağıq. Qrupda hansı komandanın birinci olacağını düşünürəm? Məncə, Azərbaycan Kosovodakı görüşdə qalib gələcək. Düzdü, Kosovo yığmasında güclü futbolçular çoxdu. Amma Azərbaycan daha təcrübəli komandadadı və çətin durumda lazımi nəticəni necə olacağını bilirlər. Məncə, Azərbaycan qrupun qalibi olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30