19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ürfan Abbasovun 200-cü oyunu

Ürfan Abbasov “Qəbələ”də 200-cü oyununu keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının 10-cu turunun “Sabah”la matçına təsadüf edib. “Qırmızı-qaralar”ın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmaya qədər 199 dəfə komandanın formasını geyinən müdafiəçi bu görüşə kapitan sarğısı ilə çıxıb.
 
“Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçu olan Ürfan 2011/12 mövsümündən bu komandada çıxış edir. Onun debütü 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev matçında gerçəkləşib. Müdafiəçi qarşılaşmanın 66-cı dəqiqəsində oyuna daxil olub və 2:1 hesablı qələbədə iştirak edib.
 
Bu müddətdə 200 dəfə meydana çıxan Ürfan 3 qol vurub, 47 sarı, 2 qırmızı vərəqə alıb. O, 14 dəfə komandanı kapitan sarğısı ilə meydana çıxarıb. Bütün qollarını Premyer Liqada vuran müdafiəçi çempionatda 162, Azərbaycan kubokunda 23, UEFA Avropa Liqasında 15 dəfə şans qazanıb.
 
Xatırladaq ki, “Qəbələ”də ən çox oyun keçirən futbolçuların siyahısında Dodo (161) ikinci, Dmitri Bezotosnı (150) üçüncüdü.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30