28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bəxtiyar Soltanov həsrətə Qəbələdə son qoydu

Topaz Premyer Liqasının X turu “Sabah”ın futbolçusu Bəxtiyar Soltanov üçün əlamətdar olub.
 
Futbolxeber.az saytının məlumatına görə, klubunda 6-cı çempionat matçına çıxan 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində qol hesabını açıb. Bu, “Qəbələ” ilə səfərdəki görüşə (1:2) təsadüf edib.
 
O, 159-cu matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. İlk qolunu 2008/09 mövsümündə “Bakı”nın heyətində vuran Soltanov ümumilikdə 5 klubun heyətində fərqlənib. O, paytaxtın eyniadlı təmsilçisində 10, “Kəpəz”də 6, “Qəbələ”də 2, “Qarabağ” və “Sabah”da 1 dəfə rəqib qapısına yol tapıb.
 
Bəxtiyar Premyer Liqada son qoluna iki il yarım əvvəl imza atmışdı. Bu, yarımmüdafiəçinin “Kəpəz”də çıxış etdiyi 2015/16 mövsümünə təsadüf edib. O, 903 gün əvvəl - 2016-cı il mayın 15-də “Zirə”ylə səfər qarşılaşmasında (2:2) fərqlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31