29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Bəzi futbolçular özlərini "Qarabağ"la oyuna hazırlayırdı"

“Matçdan öncə uşaqlarla danışdıq ki, ilk dəqiqələrdən aqressiv oynamalı, erkən qol vurmağa çalışmalıyıq. Buna müvəffəq olduq. İlk hissədə çox yaxşı oynadıq, bütün tapşırıqlar yerinə yetirildi. Futbolçularımız oyuna çox ciddi yanaşdılar, ilk dəqiqələrdən yaxşı əhval-ruhiyyədə olduqları görünürdü. Komanda paltardəyişmə otağından enerjili çıxdı. Topa nəzarət etdik, çoxlu qol epizodları yaratdıq. Daha çox qol vura bilərdik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Vorskla”nın baş məşqçisi Vasili Saçko Premyer Liqanın 12-ci turunda səfərdə “Lvov” üzərində 2:0 hesabı ilə qələbə qazandıqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib. Qələbəni şərh edən mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la keçirəcəkləri ev oyununa da toxunub:
 
"Fasilədə uşaqlardan tempi aşağı salmamağı xahiş etdik. Onlara söylədik ki, rəqibin qol fürsəti yaxalamasına imkan verməyək. Ancaq alınmadı, biz səhv buraxdıq, meydan sahibləri də bundan istifadə edib, bir neçə qol epizodu yaratdı. Qapıçı bizi xilas etdi, ona “sağ ol” deyirəm. Halbuki daha intizamlı oynaya bilərdik. Düşünürəm ki, bəzi futbolçularımız şüur altında özlərini “Qarabağ”la həftənin dördüncü günü keçiriləcək çətin oyuna hazırlayırdılar. Bu qələbəyə görə şadam və bütün azarkeşlərimizi, komanda üzvlərini təbrik edirəm. Nəticə qazanmaqla yanaşı, həmdə yaxşı oyun göstərdik”.
 
V. Saçko bu cür qələbələrdən sonra qarşıdakı oyunlara hazırlaşmağın daha asan olduğunu düşünür: “Bu emosiya “Qarabağ”la oyuna da bəs edər. Qələbə qazandıqdan sonra bərpa olmaq və qarşıdakı oyuna hazırlaşmaq daha asandır. İndi əsas işimiz futbolçuları qarşıdakı oyuna daha emosional hazırlamaqdır. Burada həkimlərimizin də üzərinə iş düşür”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31