28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Samir Abasov: "Güclənməyə ehtiyacımız var, xüsusən də hücum xəttində"

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının X turunda “Səbail”lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, Abasov öncə oyunla bağlı danışıb:
 
- Belə oyundan sonra danışmaq çox çətindir. Futbolçuların oyundan sonrakı üzüntüsü mənə də keçdi. Son 3 turda yaxşı oyun sərgiləyirik, ancaq qələbə qazana bilmirik. Oyun planımızda artım olması mənə əlavə motivasiya verir. Mən heç vaxt heç-heçə üçün oynamamışam. Hər zaman qələbə, sürətli oyun barədə düşünürük. Ən azından azarkeşlərə yaxşı futbol sərgiləmək istəyirik. Bu gün meydanda yeganə komanda “Zirə” idi. Gələcək oyunlara hazırlaşmalıyıq.
 
- Cəmi bir əvəzetmə etdiniz. Bunun səbəbi nə idi?
 
- Meydanda olan futbolçulardan razı idim. Dilan Duventrunun tempdən düşdüyünü görüb, əvəzetmə etdim. Futbolçular qələbəyə köklənmişdilər, ona görə risk etmək istəmədim.
 
- Komanda oynayır, ancaq futbolçuların fərdi ustalığı kifayət etmir. Qışı səbirsizliklə gözləyirsiniz?
 
- Mən sizinlə razılaşmaya bilmərəm. Əlimdə olan futbolçularla qışa və ya yaya qədər işləməliyəm. Güclənməyə ehtiyacımız var. Xüsusən də hücum xəttində.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31