24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Oyunumuzu yaxşılaşdırmağa çalışacağıq"

"Bu oyuna qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi. Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının X turunun “Qəbələ” - “Sabah” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında deyib.
 
38 yaşlı mütəxəssis vacib 3 xal qazandıqlarını bildirib: “Qol imkanları yaratdıq, ikisindən istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan 3 xalı qazandıq. Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətə dəyişikliklər etməliydik.
 
Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Aqil çox istəklidir, Ceymsdə adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30