20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Haldorson: "Seçim imkanım olsaydı, yenə "Qarabağ"a gələrdim"

"Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı, ancaq topa nəzarət etməyə çalışdıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 10-cu turunda "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın qapıçısı Hannes Halldorsson deyib. İslandiya millisinin qolkiperi qələbəni şərh edib: "Diqqətimiz oyundan yayınmadı. İki yaxşı qol vurduq. Rəqib qapıçı da bu gün yüksək səviyyədə çıxış etdi. Orxan yaxşı qurtarışlar etdi".
 
"Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiz, ardınca “Qarabağ”a transfer olduz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşdüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiz" sualına 34 yaşlı əlcək sahibi bu cür cavab verib:
 
"Yenidən seçim imkanım olsaydı, yenə “Qarabağ”a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və bu gün start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm".
 
Təcrübəli sima Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyunu barədə danışıb: "Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Buna fokuslanmışıq. Səfərdə 3 xal qazana biləcək gücdəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30