25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Roberto Bordin: "Əsas odu ki, kənar təsirlərdən yayına bilək"

Topaz Premyer Liqasında X turun “Keşlə” - “Neftçi” (0:1) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, italiyalı çalışdırıcı öncə oyunla bağlı danışıb:
 
"Böyük və əzəmətli qələbədi. Bütün futblçular qalibiyyət hissini göstərdilər. Hamını təbrik edirəm. Bizə vaxt lazım idi ki, meydançaya adaptasiya olaq. Süni örtükdə yaxşı oynadıq. Vura bilmədiyimiz epizodlar oldu, amma çox yaxşı oynadıq".
 
- İndiyə qədər qarşılaşdığınız ən pis örtüklərdən olduğunu demək olarmı?
- Deyə bilmərəm ki, pisdi. Sadəcə, öyrəşməmişik.
 
- Rəhman Hacıyevin çıxışından razı qaldız?
- Onda alınırdı. İti ötürmələr edə bilirdi. Hücumların qurulmasında özünü yaxşı göstərdi. Oyunundan razıyam. Sadəcə sonluğu qoya bilmirdi. Bu baxımdan çatışmazlıq var idi.
 
- Hesab sürüşkən idi. 2-ci qolu vurub, daha rahat oynamağa nə mane oldu?
- Epizodlar oldu. Təəssüf ki, fərqi artıra bilmədik. Amma sevinirik ki, hesabı qoruya bildik. Hər oyun çoxlu qol vurmaq vacib deyil. Əsas 3 xaldı.
 
- Komanda bu heyətlə çempion ola bilərmi?
- Komandamızdan çox razıyıq. Yaydan indyə kimi böyük artım var oyunumuzda. Oyunçuların hər birindən, hətta əvəz olunanlardan da razıyam. Çempionat hələ uzundu. Addım-addım düşünmək lazımdı. “Zirə” ilə növbəti oyun çox vacibdi. Çünki ilk oyunda çox yaxşı oynamışdılar.
 
- Sizdən əvvəl “Neftçi”nin çalışdırıcısı olan Tərlan Əhmədovla rəqib idiz. Məğlubiyyət təzyiqə səbəb olacaqdı. Bu barədə düşünürdüzmü?
- “Neftçi”nin baş məşqçisiyəm. Kənardan deyilənlər məni maraqlandırmır. Əsas odu ki, oyunlara yaxşı hazırlaşaq və kənar təsirlərdən yayına bilək.
 
- Kirilo Petrovun yoxluğu nə ilə bağlı idi?
- Cüzi zədəsi var. Ümid edirik ki, ən qısa zamanda yenidən komandaya xeyir verə biləcək.
 
- Baxışda olan Mamadu Kane ilə bağlı qərar vermisiz?
- Özünü yaxşı tərəfdən göstərir. Adaptasiyası yaxşı keçir. Qərar vermək üçün vaxtımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30