25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Keşlə" çempionluğa favoritdi"

"Yaxşı oyun nümayiş etdirdik. Oyuna baxmağa gələn azarkeşlər zövq aldılar".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 10-cu turunda evdə "Neftçi"yə 0:1 hesabıyla uduzan "Keşlə"nin yarımmüdafiəçisi Vaqif Cavadov deyib. 29 yaşlı futbolçu erkən qolun oyunun taleyini həll etdiyini bildirib: "Erkən qol oyunun taleyini həll etdi. Bizdə sadəcə, qol vurmaq çatışmırdı. Başqa hər şey qaydasında idi. Yalnız toru silkələyə bilmədik. Qol imkanlarımız oldu, əla oynadıq. Belə oynamağa davam etsək, gələcəkdə yaxşı olacaq”.
 
Vaqif Cavadov Tərlan Əhmədov gəlişindən sonra "Keşlə"nin oyununda irəliləyiş olduğunu söyləyib: "Siz özünüz görürsünüz ki, nələr dəyişilib. Oyun praktikası, gedişat və üslubumuz indi fərqlidir. Belə oyun komandaya kömək edəcək".
 
"Ötən oyun "Qarabağ"a, bu tur isə "Neftçi"yə qarşı oynadın. Hansı komandanın çempionluq şansları daha çoxdur" sualına Vaqif Cavadov belə cavab verib: "Müqayisə etmək istəmirəm. Favorit “Keşlə”dir. Burda gülməli nəsə yoxdur. Hələ ki, heç nə bitməyib. Futbolda hər şey mümkündür. Əlbəttə, çempionluğa oynayırıq. Bu komanda “İnter” adıyla mübarizə aparanda da sübut etdi ki, xal fərqi ciddi problem deyil. Sadəcə, inanmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30