19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Ukraynalı futbolçu: "Qarabağ"a qol epizodu yaratmaq imkanı vermədik"

"Qarabağ"ın oyununu ətraflı analiz etmişdik, bilirdik ki, topa yaxşı nəzarət edirlər. Onlar bunu "Sportinq" və "Arsenal"la matçlarda da göstərmişdilər".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Vorskla"nın hücumçusu Vladislav Kulaç Ukrayna mətbuatına açıqlamasında deyib.
 
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"a qarşı keçirdikləri görüşdən (1:0) danışan 25 yaşlı forvard daha çox müdafiədən oynamalarının səbəbini açıqlayıb:
 
"Bu cür rəqiblərə qarşı ikinci zonadan oynamağa çalışırıq. "Vorskla" praktiki olaraq, "Qarabağ"a qol epizodu yaratmaq imkanı vermədi. İlk hissədə bir qədər ehtiyatlı oynasaq da, fasilədən sonra vurduğumuz qol komandaya özünəinam gətirdi".
 
"Qarabağ"la oyunda "Vorskla"ya qələbə qazandıran qola məhz Kulaç imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30