25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Əfran İsmayılov: "Qarabağ" bizimlə oyun başqa cür yanaşacaq"

“Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
- Hazırda "Sumqayıt" Premyer Liqada turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. Bu pillədə olduğunuza görə razısız?
 
- Bəli, hazırda beşinci pillədəyik. Bu haqda düşünürük, fikirləşirik. Nə deyə bilərəm bu barədə? Maraqlı çempionat gedir. Əlimizdən gələni edirik ki, daha yuxarı pillələrə qalxaq, daha yaxşı oyunlar göstərək. Açığı hazırkı mövqeyimiz bizi razı salmır. Çünki daha yaxşı nəticələr qazana bilərik.
 
- Geridə qalan 9 tura nəzər saldıqda, "Sumqayıt"ın oyunlarını necə dəyərləndirirsən? Hansısa görüşdə heçnədən xal itirdiyinizi və ya uduzduğunuzu düşünürsən?
 
- Uduzduğumuz, udduğumuz da oyunlar oldu. Amma yeni yaranmış komanda üçün nümayiş etdirdiyimiz futbol çox yaxşı idi. İnanıram ki, xallarımızı da artıracağıq.
 
- Qarşıdakı turda "Qarabağ"la qarşılaşacaqsınız. Bu oyunda əsas məqsədiniz nə olacaq, üç xal, yoxsa bir xala da razı olacaqsız?
 
- Ardıcıl beş ilin çempionu olan “Qarabağ”a qarşı oynayacağıq. Bizi maraqlı və çətin oyun gözləyir. “Qarabağ” axır vaxtlar qələbə qazana bilmir. Ona görə də “Sumqayıt”la oyuna daha başqa cür yanaşacaqlar. Qələbə qazanmaq istəyəcəklər. Biz də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
 
- "Qarabağ"a qarşı bu mövsüm "Azərsun Arena"dakı oyununuz baş hakimin qərarı ilə qalmaqala səbəb olmuşdu. Həmin oyunu və əsasən də son dəqiqəni necə xatırlayırsan? Demək olar ki, penaltinizi əlinizdən aldılar?
 
- Bu haqda danışmaq istəmirəm. Çünki artıq uzun müddət keçib və unudulub hər şey. Qarşıdakı oyuna diqqətimizi yönəltmişik. Yeni oyun gəlir “Qarabağ”a qarşı. Ancaq bu görüş barədə düşünürük.
 
- "Qarabağ"ın son vaxtlar enişdə olduğunu demək olar. "Səbail", "Vorskla" və "Neftçi"yə uduzduqdan sonra "Keşlə" ilə matçda da xal itirdilər...
 
- “Qarabağ”ın enişdə olduğunu deməzdim. Hər bir komandada belə şeylər olur. “Qarabağ” kimi təcrübəli komanda yenidən toparlanıb, əvvəlki nəticələri, əvvəlki oyunları göstərəcək.
 
- Ağdam klubu sizinlə oyundan sonra "Vorskla" ilə oyuna yollanacaq. Necə düşünürsən sizinlə görüşdən asılı olaraq "Qarabağ" bu oyunda hansı nəticəyə imza ata bilər?
 
- “Qarabağ”ın Poltavada qalib gələ biləcəyini düşünürəm. Çünki onların buna gücü çatar. Sadəcə olaraq çox çətin olacaq. Amma inanıram ki, qələbə qazanacaq “Qarabağ”.
 
- Millinin son toplanışına dəvət almışdın. Amma zədə səbəbindən qatıla bilməmişdin. Qarşıdakı toplanışa dəvət alası olsan, yəqin ki, yollanacaqsan?
 
- Bəli, zədə səbəbindən millinin düşərgəsinə yollana bilmədim. Amma bu dəfə dəvət gəlsə, yollanacam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30