25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Rahil Məmmədov: "Poltavaya qələbə ardında gedəcəyik"

"Qarabağ"ın futbolçusu Rahil Məmmədov Topaz Premyer Liqasının 7-ci turundan "Keşlə" ilə təxirə salınmış oyundan (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi əvvəlcə görüş haqda danışıb:
 
"Bizə heç nə mane olmadı. Sadəcə, futbolda həmişə qələbə olmur. Hərdən məğlubiyyət, xal itkiləri də qaçılmazdır. Bunlardan da dərs çıxarıb irəli baxmalıyıq".
 
- Bu nəticə ədalətlidir, yoxsa "Qarabağ" qalib gəlməli idi?
- Deyərdim ki, ədalətlidir. Düzdür, topa daha çox biz sahib idik, rəqibin elə də çox qol epizodu olmadı. Buna baxmayaraq, nəticə 1:1-dirsə, demək, belə də olmalı idi.
 
- Son 5 oyunun 4-dən məğlubiyyətlə ayrılmışdınız, bu gün isə heç-heçə oldu...
- Bunlara uğursuzluq deməzdim. Həmişə qələbə olmur ki... Hərdən məğlubiyyətlə də üzləşirsən. Bu, bəlkə də xeyrimizədir. Lazımi nəticəni çıxarmaq lazımdır. Hər bir klubda bu cür uğursuzluq, ağır ab-hava ola bilər. İrəli baxmalıyıq.
 
- "Neftçi" artıq 5 xal irəliddədir. Demək olarmı ki, ötən mövsümlərlə müqayisədə bu il çempionluq sizin üçün daha çətin olacaq?
- İnanmıram ki, "Qarabağ" üçün çempionluq nə vaxtsa asan başa gəlib. Hər zaman çətinlik olub. Lakin heç birimiz çətinlikdən qorxmuruq. Birinci dəfə deyil ki, belə halla rastlaşırıq.
 
- "Vorskla"ya Ukraynada qalib gəlməyə gücünüz çatacaq?   
- Əlbəttə, gücümüz çatar. Amma qalib gələcəyimizi əvvəlcədən demək olmaz. Poltavaya nə məğlub olmağa, nə də heç-heçə etməyə gedirik. Biz ora qələbə üçün yollanacağıq.
 
- "Qarabağ"da az oynadığın halda millinin heyətində yer aldığına dair söz-söhbətlər sənə necə təsir edir?
- Belə söz-söhbətləri eşitməmişəm. İlk dəfə siz dediniz. Heç bir mənfi təsiri yoxdur, buna inanmıram da. Yaxşı oynayanda yaxşı, pis oynayanda pis deyirlər. Bunlar futbolun tərkib hissəsidir.
 
- "Qarabağ"da Rəşad Sadıqov, Bədavi Hüseynov və Yakub Jezniçak kimi mərkəz müdafiəçiləri var. Belədə sənin üçün start heyətə düşmək çətin olmur?
- Əksinə, sevinirəm ki, belə müdafiəçilərlə eyni klubdayam. İnkişaf rəqabət olan yerdə var. Hər üçündən çox şey öyrənirəm. Onların Çempionlar Liqası və Avropa Liqası təcrübələri var. Mən isə Avroliqada cəmi 3 oyunda meydana çıxmışam, o da son dəqiqələrdə. Yəni, öyrənəsi çox şey var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30