20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Bordin: “Uşaqlara afərin”

 “Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq. Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. Çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin".

Futbolxeber.az saytının məlumatına görə,

bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 9-cu turunda evdə “Qarabağ”a qalib gəldikləri oyundan (3:1)  sonra keçirilən mətbuat konfransında deyib.

- “Neftçi”nin bu mövsüm azarkeşləri bu qədər sevindirən qələbəsi olub. Bu, avrokubok görüşündə olmuşdu. Həmin görüşdən sonra komanda eyforiyaya qapılmışdı. Yenidən eyni halın təkrarlanmaması üçün komanda dərs alıbmı?

- “Uypeşt”lə görüşü unutmuşuq, iki ay əvvəlki matça dönməyimiz absurd olar. Avrokubokda iki görüş olmuşdu. Çempionatda isə tam fərqli mübarizədir. Futbolda hər cür nəticə olur. Əsas odur ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundur, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odur ki, bu yolda davam edək.

- 3 mərkəz müdafiəçisi ilə oynamağınız rəqiblə əlaqədar idi, yoxsa yeni sistemdir?

- Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30