16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Sənan Qurbanov: “Futbol səhvsiz olmur”

Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” - “Qəbələ” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı mütəxəssis komandasında gərginlik olduğunu bildirib:

“Sumqayıt”la oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırdıq. Futbolçularda istək daha çox oldu, gərginlik yarandı. Çalışacağıq qarşıdakı matçlarda öz oyunumuzu göstərək.

İlk hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik, çalışacağıq onlar təkrarlanmasın. Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Bu görüşdə uduza da bilərdik, qalib gələ də bilərdik.

Müdafiədəki boşluqlar bizi narahat edir. Futbolçulara verilən tapşırıqların yerinə yetirilməsi alınmadı. Bunu da gərginliklə bağlayardım. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Futbol səhvsiz olmur. Qarşılaşmanı analiz edəcəyik, problemləri aradan qaldırmağa çalışacağıq”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30