29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin yeni bazası nə vaxt hazır olacaq?

“Neftçi”nin yeni bazasında tikinti işləri başlayıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Türk Hava Yolları Futbol Mərkəzi” adlanan bazada 6 mərtəbədən ibarət inzibati bina, beynəlxalq standartlara cavab verən süni meydança, həmçinin "Neftçi” Futbol Akademiyasına məxsus 3 mərtəbəli yataqxana olacaq.

Bazada olan üstüqapalı meydançanın yeri dəyişdiriləcək. Həmin meydançanın yerində 1000 nəfərlik azarkeş tutumuna və işıq projektoruna malik süni meydança tikiləcək. Bu meydança "Neftçi-2”, "Neftçi” Futbol Akademiyası komandalarının oyunları və məşqləri üçün nəzərdə tutulub. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə həkimlər, hakimlər və paltardəyişmə üçün otaqlar, eləcə də trenajor zalı tikiləcək. Bundan əlavə, əsas komandanın məşq meydançası üçün işıq projektoru quraşdırılacaq.

Yeni bazanın 2019-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31