26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rövnəq Abdullayev Ukrayna Futbol Federasiyasının prezidenti ilə görüşdü

UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” - “Vorskla” oyununu izləmək üçün Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelko Bakıda səfərdə olub.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Bakı Olimpiya stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevlə A.Pavelko arasında görüş keçirilib.

Söhbət zamanı AFFA ilə UFF arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, gələcəkdə də hər iki ölkənin futbol qurumlarının müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq etməsinin perspektivləri müzakirə olunub. Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun təbliğat kampaniyası çərçivəsində Azərbaycan və Ukraynanın futbol veteranları arasında gələn il yoldaşlıq oyununun təşkil olunması barədə fikir mübadiləsi aparılıb, ilkin razılığa gəlinib. 

Andriy Pavelko Ukrayna Futbol Federasiyanın nümayəndə heyəti adından görüşün təşkili və səmərəli müzakirələrə görə minnətdarlığını bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30