29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Vorskla”dan daha yaxşı oynadıq”

“Məğlubiyyət bizi məyus etdi. Fikrimcə, “Vorskla”dan daha yaxşı oynadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan xorvatiyalı futbolçu məğlubiyyəti bu cür şərh edib: "Rəqib cəmi bir hücum etdi və onda da qol vuraraq qalib gəldi. Qələbə qazanmağımız üçün bizdə dəqiqlik çatmadı. Halbuki meydana qalibiyyət üçün çıxmışdıq. Sadəcə, alınmadı. Bunu unudub, qarşıdakı matçları düşünməliyik. Qrup mərhələsində hələ 3 oyunumuz qalır. Həmin görüşlərdə yaxşı çıxış edib, uğurlu nəticələr qazanmağa çalışacağıq”.

Ozobiç “Vorskla”nı səfərdə məğlub etməyin mümkün olduğunu söyləyib: “Vorskla” ilə səfər görüşü barədə hələ düşünmürük. Ukraynada qələbə qazana bilərik. Amma bu barədə danışmaq üçün hələ tezdir. Ondan əvvəl başqa oyunlarımız olacaq. Hələ ki, onlara hazırlaşacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31