18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Təəssüf ki, qol vura bilmədik"

“Bolqarıstan yığması çox yaxşı, mobil komandadır. Oyun çox ağır keçdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Bolqarıstan yığması ilə keçirilən yoldaşlıq görüşünü (0:0) dəyərləndirən gənc mütəxəssis əzmkar oyuna görə komandasına təşəkkür edib:

“Dünən Bakıdan Sofiyaya, ordan isə Sliven şəhərinə ümumilikdə 14 saatlıq yorucu yol qət etsək də, futbolçularımız əzmkar mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Oyunda müəyyən çatışmayan nüanslar oldu və bunun üzərində çalışacağıq. Təəssüf ki, qol vura bilmədik. Amma futbolçular verilən tapşırıqları maksimum yerinə yetirmək üçün çox çalışdılar. Avropa çempionatının seçmə mərhələsinə qədər səylə çalışmalıyıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30