19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Qəbələ” “Sumqayıt”la oyunun hazırlığına start verib

“Qəbələ” Topaz Premyer Liqasının IX turunun hazırlığına start verib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, VIII turun oktyabrın 20-də “Neftçi”yə qarşı Qəbələ şəhər stadionunda keçirilən oyunundan (3:1) sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gəlib.

Dünən paytaxtda toplaşan komanda “Sumqayıt”la oktyabrın 27-də keçiriləcək görüşün hazırlığına başlayıb. “Qəbələ”nin bugünkü məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca meydançada toplu çalışmaları yerinə yetiriblər.

Xatırladaq ki, IX turun oktyabrın 27-də keçiriləcək “Sumqayıt” - “Qəbələ” matçı “Dalğa Arena”da baş tutacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30