19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Keşlə”nin antirekord seriyası qırıldı

“Keşlə”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası qırılıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi mövsümdə ilk 3 xalı 8-ci turun “Zirə”ylə qarşılaşmasında əldə edib - 1:0.

Ardıcıl 6 oyunda qalib gələ bilməyən “Keşlə” sonuncu dəfə ötən mövsüm qələbə qazanmışdı. Mayın 20-də səfərdə “Səbail”i 1:0 hesabı ilə məğlub edən komanda növbəti uğurunu 154 gün gözləyib.

Bununla da “Keşlə”nin ölkə çempionatları tarixindəki antirekord start seriyası qırılıb. Bakılılar 1999-cu ildə debüt etdiyi yarışda heç vaxt ilk qələbəsini belə gec qazanmamışdı.

Qeyd edək ki, “Keşlə”nin tarixində ümumilikdə ən uzun qələbəsiz oyunlar seriyası 11-ə bərabərdir. Bu, ötən mövsümün gedişində qeydə alınıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30