19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aftandil Hacıyev: “Allahın hədiyyəsidir”

“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda məzmunlu  və sürətli futbol sərgilədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Səbail”ın baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqanın 8-ci turunda “Qarabağ”la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis məğlubiyyəti belə şərh edib: “Layiqli müqavimət göstərdik. Buna görə komandama təşəkkür edirəm. Bu tempi saxlaya bilsək, lazımi xalları toplaya bilərik. Bunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq. Bizi daha çətin oyunlar gözləyir. Hələ əsas rəqiblərimizlə qarşıda oynayacağıq”.

“Qarabağ” matçın 2-ci hissəsində adı oyun protokolunda olmayan futbolçunu meydana buraxıb. Bu səbəbdən Ağdam klubuna texniki məğlubiyyət verilə bilər. A.Hacıyevin məsələyə münasibət bildirib:

"Mən də məlumatı indi eşitdim ki, texniki səhv olub. “Zirə” ilə oyunda da, bu gün də layiqli oyun göstərmişdik. Bu da Allahın qismətidir, hədiyyədir. Bundan imtina edə bilmərik. Belə bir səhv bizim də başımıza gələ bilər. Bu səhv yenə də “Qarabağ”ın gücünü azaltmır. Onlar ölkəmizin ən güclü komandasıdır, desəm yanılmaram. Son illərin çempionudur. Ümid edirəm ki, avrokuboklarda bizi sevindirərlər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30