20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Keşlə" Milinkoviçi Tərlan Əhmədovla əvəzləyir

Transfer pəncərəsi bitdikdən sonra da heyətdə dəyişikliklərə davam edən "Keşlə" bununla kifayətlənməyəcək.

Futbolxeber.az-ın futbolpress.az-a istinadən verdiyi məlumata görə, tezliklə komandada yeni baş məşqçi görə bilərik.

Klubdaxili ab-hava yüksək deyil. Nəticələr rəhbərliyi narazı salıb və komandanın TPL-də sonuncu olması mövsümün əvvəlində gətirilən Mladen Milinkoviçin stolunu laxladıb. Serb mütəxəssis özü də qalmaqda ciddi maraq göstərmir.

Belə bir məqamda komandaya yeni baş məşqçi gətirilməsi müzakirə olunub. "FutbolPress"in əldə etdiyi məlumata görə, "Keşlə" rəhbərliyi bu posta Tərlan Əhmədovu gətirmək niyyətindədi. Artıq müzakirələr gedib və onun namizədliyi üzərində dayanılıb. Təcrübəli mütəxəssisin özünün buna necə yanaşdığı barədə hələlik məlumat yoxdu.

Son olaraq "Neftçi"ni çalışdıran Tərlan Əhmədov ötən mövsüm bitdikdən sonra komandadan ayrılıb. Əhmədovun başa çatan müqaviləsi yenilənməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30