29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurbanov yerində saydı, Bordin irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Futbolxeber.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə mövqeyində dəyişiklik baş verməyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31