28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rüfət Dadaşov: "Himni oxumadım, amma bunun üstündə işləyirəm"

Millimizin və "Proyssen"in futbolçusu Rüfət Dadaşov Almaniya mətbuatına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, o, millidəki oyunlarından da danışıb.
 
- Hələ də yorğunsunuz?
 
- Bəli, bir az.
 
- Siz dünən Bakıdan qayıtdınız?
 
- Düzdür, Mən əvvəlcə Frankfurta uçdum, sonra Münsetrə. 14:30-da qayıtdım və dərhal diş həkiminə getdim.
 
- Və sonra məşqlərə. Daha bir gün istirahət edə bilməzdiniz?
 
- Xeyr. Mən səbirsizliklə klubda məşqləri gözləyirdim.
 
- Azərbaycan millisinə qayıdışınıza necə reaksiya verdilər?
 
- İndiyə kimi məşqçilərdən və oyunçulardan müsbət rəylər aldım. Mən də razıyam. Əlbəttə, Malta ilə 1:1 hesablı bərabərliyə təəssüfləndim. Əgər biz şanslardan istifadə etsəydik...
 
- Biz?
 
- Bəli, şəxsən mən də. Epizodların birində top iki metrdən qapıdan aralı keçdi. Topun qapıya girməməsi məni narahat edir. Biz birinci yer üçün mübarizəni davam etdiririk.
 
- Geri dönmək necə duyğudur? Komanda ilə hansı dildə danışırdın?
 
- Əsasən, rucsa. Komandada demək olar ki, bütün futbolçular bu dildə bilirlər. Hətta məşqçi də demək olar ki, rus dilində danışır. Amma Dmitri Nazarova görə alman dilindən tərcüməçi də var.
 
- Nazarov 2013-cü ildə "Proyssen"də oynayıb. Onunla bu klub haqda danışdınız?
 
- Bəl, bir az. O deyib ki, bu klubda çox şey dəyişib.
 
- Siz hər iki matçda 90 dəqiqə oynadınız. Bu əvvəlcədən razılaşdırılmışdı?
 
- Xeyr. Mən ümid edirdim ki, nə vaxtsa oynayacam. Məncə pis oynamadım. İnanıram ki, yenidən milliyə çağırılacağam.
 
- Növbəti oyunlar üçün dəvət nə vaxt gəlir?
 
- Oyunlardan iki həftə əvvəl olacağını düşünürəm.
 
- Himni oxudunuz?
 
- Xeyr. Amma bunun üzərində işləyirəm.
 
- Farer adaları ilə oyununuza baxaraq donmaq mümkün idi.
 
- Bu həqiqətən də ağılsızlıq idi. Biz süni örtükdə oynayırdıq. Hava isə şaxtalı və yağışlı idi.
 
- Bakıda havanın isti olması doğrudur?
 
- Bəli.
 
- Oyunlardan əvvəl Azərbaycanda jurnalistlər sizinlə danışmaq istədi. Amma siz bunu rədd etdiniz. Niyə?
 
- Oyundan əvvəl çox danışmaq istəmədim.  Matça köklənmək istədim. Dəvətdən şad oldum.
 
- Azərbaycan üçün qol vurmadınız. Amma klubla matçda fərqlənməlisiniz. Bu sizin üçün təzyiq deyil?
 
- Düzdür. Amma qol vuracağımı düşünürəm.
 
Bəs qol vurmasanız?
 
- Qələbə qazansaq, hər şey yolunda olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31