19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Azərbaycanın bizdən daha çox təhlükəli vəziyyət yaradacağını bilirdik"

"Azərbaycana qarşı son 2 ildə 4-cü dəfə oynayırdıq. Bu komanda çox güclü və yaxşı kollektiv, çox çətin rəqibdir. Bizim yığma isə 2 il əvvəllə müqayisədə bir az dəyişib. Oyun tərzimizdə də dəyişiklik var. Düşünürəm ki, bu gün müəyyən şanslar yaratdıq və qol imkanımızdan istifadə etdik. Azərbaycana qarşı komanda halında oynayıb nəticə qazandıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Malta yığmasının futbolçusu Rouen Muskat Bakıda Azərbaycanla 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının 4-cü tur qarşılaşması barədə danışarkən deyib.
 
27 yaşlı yarımmüdafiəçi millidə ilk qolunun və Bakı Olimpiya Stadionunda ilk oyununun bu görüşə təsadüf etdiyini vurğulayıb: "Bu, mənim üçün xüsusi an idi. Millidə qol hesabımı açdım və bu stadionda birinci dəfə çıxış etdim. Görüş yaxşı keçdi və oynamaqdan zövq aldım. Bu meydanda çıxış etmək mənim üçün böyük təcrübə idi. Azərbaycanın bizdən daha çox təhlükəli vəziyyət yaradacağını bilirdik. Özümüz də qol şansı əldə edərək, fərqləndiyimiz üçün xoşbəxtik. Əlimizə düşən imkandan istifadə etməyimiz bizi sevindirdi".
 
Muskat yer aldıqları D Liqasının 3-cü qrupu ilə bağlı proqnoz da verib: "Düşünürəm ki, Azərbaycan və Kosovo eyni səviyyəli komandalardır. Amma məncə, qrupun qalibi Kosovo olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30