19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Maksim Medvedev: "Turnir cədvəlinə baxanda, üzərimizdə təzyiq hiss edirik"

Milli komandamızın müdafiəçisi Maksim Medvedev Millətlər Liqasının üçüncü turu çərçivəsində Farer adalarına qarşı keçiriləcək görüş haqda danışıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
- Millətlər Liqasının startı millimiz üçün uğursuz alındı. Bunu nəzərə alsaq, komandanın Farer adaları və Malta ilə oyunlarına hazırlığı necə gedir?
 
- Deməzdim ki, hər şey uğursuz alınıb. Daha da pis ola bilərdi. Baxmayaraq ki, hazırkı vəziyyət bizi razı salmır. Çünki daha çox xal toplamaq istəyirdik. Hələ ki, cəmi iki xalımız var. Amma irəliyə getmək haqda düşünürük.
 
- Demək olar ki, bu görüşlər həlledici olacaq? 
 
- Hər bir xal qrupun taleyini həll edə bilər. Ona görə də daha çox xal toplayıb qrupdakı vəziyyətimizi düzəltməliyik. Bizi vacib oyunlar gözləyir. Maksimumu meydanda qoymaq lazımdı. Turnir cədvəlinə baxanda, üzərimizdə təzyiq hiss edirik. Qarşıdakı görüşlərdə daha dəqiq və inamlı olacağıq.
 
- Farer adaları millisi barədə hansı məlumata sahibsiniz? Rəqib bizim üçün təhlükə yarada bilər?
 
- Bir az məlumatım var. Rəqibin oyun stilin bilirəm, təhlükəni isə istənilən komanda yarada bilər. Onlar evdə öz azarkeşləri qarşısında oynayacaq. Üstəlik biz Farer adalarına gəlmək üçün uzun yol qət etmişik. Bütün bunlara baxmayaraq oyuna yaxşı hazırlaşıb, 100 faizi meydanda qoymağa çalışacağıq.
 
- “Arsenal”la görüşdən sonra bu cür rəqibə oynamaq necədi?
 
- “Arsenal”la oyundan sonra çətin olacaq. Çünki həmin oyunda çox güc sərf etmişik. Amma bərpa olunmağımız üçün də vaxtımız oldu. Meydanda sona qədər vuruşacağıq. İstənilən halda bu bizim işimizdi və yerinə yetirməliyik. Bu milli komandadı və burada bəhanə olmamalıdı.
 
- Farer adalarına ilk səfərinizdi?
 
- U-21 yığmasının heyətində Farer adalarına gəlmişdim. O vaxtı da biz iki təyyarə dəyişərək buraya gəlmişdik. Məni narahat edən meydanın sünii örtüklü olmasıdı (azerisport.com).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30