19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Reynaldo: "Qarabağ"a qayıtmaq istəyərdim"

"Aktobe"nin futbolçusu Reynaldo Bakıya gəlib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı futbolçu "Qarabağ"ın bazasında olub. "Xəzər TV"-yə açıqlama verən Reynaldo "Qarabağ"a geri dönmək istədiyini gizlətməyib:

“Milli komandaların oyunlarına görə yaranan fasilədən istifadə edib Bakıya gəldim. Azərbaycan üçün çox darıxmışdım. “Qarabağ”dakı komanda yoldaşlarıma baş çəkdim. Bilirəm ki, burada məni çox istəyirlər. Elə bu istək də məni Bakıya gəlməyə vadar etdi.

“Qarabağ”dan o vaxtı ayrılmağımın əsas səbəbi pul deyildi. Burada da yaxşı qazanırdım. Düşünürdüm ki, nəyisə dəyişmək vaxtıdı. “Adanaspor”un daha böyük klublara keçməyim üçün yol olacağını düşünürdüm. Amma bəzən hər şey düşündüyün kimi getmir.

Çempionlar Liqasının qrup mərhələsində oynamaq hər bir futbolçu kimi mənim də arzum idi. “Qarabağ” da uzun müddətdi ki, bunun üçün gedirdi. Həyatdı bəzən belə şeylər olur. Mənim də karyeram daha uğurlu ola bilərdi. Bəli, hardasa peşmançılığım var.

“Aktobe” ilə noyabra kimi müqaviləm var. Rəhbərliklə bir neçə dəfə görüşümüz var. “Qarabağ”da özümü çox rahat hiss edirdim. Bu il də olmasa, nə vaxtsa qayıtmaq istəyərdim”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30