18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Neftçi"nin futbolçusu cəzalandırıldı, "Səbail"ə texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, iclasda Topaz Premyer Liqası və birinci diviziondakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar çıxarlıb.
 
Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.
 
I Divizionun VI turunun “Sabah-2” – “Kəpəz” matçında “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.
 
I Divizionun VI turunun “Neftçi-2” – “Şüvəlan” matçının 88-ci dəqiqəsində “Şüvəlan”ın futbolçusu Əzəmət Ələkbərli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.
 
I Divizionun VI turunun “Keşlə-2” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 
I Divizionun VI turunun “Qarabağ-2”–“Səbail-2” matçında “Səbail-2”nin heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub eyni zamanda, 800 manat cərimə olunur.
 
I Divizionun VI turunun “Zaqatala” – “Zirə-2” matçında “Zirə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30