26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Serb klubunun futbolçusu: "Azərbaycanda oynamaq məni geri salmayıb"

“Voyvodina”nın futbolçusu Milan Dyuriç Futbolxeber.az saytına açıqlama verib.
 
“Zirə”nin sabiq futbolçusu həm hazırkı komandasının, həm də sabiq komandasının çıxışından danışıb: “Voyvodina”da işlərim çox yaxşı gedir, bu komandaya keçidimə görə heç peşman deyiləm. “Voyvodina”da əsas heyətdə oynayıram. Belə deyərdim ki, "Zirə"də etdiyimi indi də “Voyvodina”da edirəm".
 
Dyuriç Azərbaycan Premyer Liqasında oynamasının onun üçün xeyirli gəldiyini söyləyib. Bundan savayı "Zirə"nin yeni baş məşqçisi Samir Abasov barədə danışıb: "Xeyr, Azərbaycanda oynamağım məni geriyə salmayıb. Çünki Azərbaycanda çox yaxşı klublar var. Avropaya hər mövsüm yollanmaq üçün yaxşı imkan var. Azərbaycanda futbol oynamaq üçün yaxşı şərait də var. “Zirə”nin çıxışı ilə hər zaman maraqlanıram. Oyundan sonra bütün görüşlərin icmalını izləyirəm. Samir Abasov çox yaxşı məşqçidi. O, bunu “Sumqayıt”dakı işləri ilə sübut edib. Onun vaxtında “Sumqayıt”ı çox bəyənirdim. Çünki onlar yaxşı futbol oynayırdılar. “Zirə” Samir Abasova vaxt verməlidi. Ümidvaram ki, hər şey yaxşı alınacaq".
 
“Zirə”ni çox bəyənirəm. Orada işləyən insanları sevirəm, yaxşı vaxt keçirirdim. “Zirə”nin əvvəki kimi yaxşı nəticələr verəcəyinə inanıram. Ola bilsin ki, nə vaxtsa Azərbaycana qayıtdım. Çünki orada insanları sevirəm, özümü Serbiyadakı kimi hiss edirdim" - deyə, Dyuriç fikirlərini yekunlaşdırıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30