24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimizin baş məşqçisi: "Hakimin gülünc penalti qərarı futbolçulara pis təsir etdi"

Türkiyədə Avropa çempionatının seçmə mərhələsində iştirak edən qızlardan ibarət U-19 yığmamız qrupda hər iki görüşünü uğursuz keçirib.

Futbolxeber.az saytının məlumatına görə, qızlarımız ilk iki görüşü məğlub başa vurub. Bu gün isə komandamız sonuncu matçını Kiprə qarşı keçirəcək. Yığma komandamızın baş məşqçisi Vüqar Əsgərli saytımıza açıqlama verib. O, qrupdakı iki görüşü dəyərləndirib: “Təəssüf ki, ilk görüşdə Türkiyəyə 0:2 hesabı ilə uduzduq.

Oyunöncəsi əsas qapıçımızın zədələnməsi planlarımızı alt-üst etdi. Digər qapıçımızdan da razıyıq, sadəcə təcrübəsiz olmağı oyunda öz təsirini göstərdi. Elə qapımıza gedən iki zərbənin hər ikisi qol oldu. İsveçrəyə isə 0:3 hesabı ilə məğlubiyyətə baxmayaraq komandamdan razı qaldım. Güclü rəqibə qarşı oynamağımıza baxmayaraq, həm müdafiədə inamlı oynadıq, həm də rəqib qapısı qarşısında kifayət qədər qol epizodu yaratdıq. Sadəcə əks-hücuma çıxdığımız vaxtı, rəqib özü bizi əks-hücumda tutdu. Halbuki fasiləyə qolsuz bərabərliklə yollanmağımız futbolçularda inam yaratmışdı. Hesabda geri düşəndən sonra qapımızda penalti gördük. Hakimlər haqda danışmağı xoşlamıram, amma qapımıza gülünc penalti təyin etdiklərini də demək istəyərdim. Hakimin bu qərarı futbolçulara çox pis təsir etdi”.

“Bu gün rəqibimiz Kipr yığmasıdı. Son oyunumuza hazırlaşırıq. Zədələrə və psixoloji duruma baxmayaraq qələbə qazanmağa çalışacağıq” – deyə, Vüqar Əsgərli fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30