20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Ümid edirəm ki, Qurban Qurbanov Atilla və İsayevi də milliyə çağırar"

“Düzünü deyim ki, “Səbail” daha çox istədi qələbə qazanmağı və qazandı da”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Sumqayıt”ın kapitanı Vurğun Hüseynov deyib.

Təcrübəli futbolçu komandasının ilk dövrədəki çıxışını dəyərləndirib. Bununla yanaşı məqsədlərindən də danışıb: “Belə baxanda ilk dövrədə pis nəticə qazanmadıq. Amma daha da yaxşı ola bilərdi. Əsas odu ki, səhvlərimizdən nəticə çıxaraq və daha yuxarı pillələrə qalxaq. İstədiyimiz budu ki, avrokuboklara düşək. Bunun üçün də hər oyuna final matçı kimi çıxmalıyıq. Çünki hər qazandığımız xal bizi avrokuboklara yaxınlaşdırır”.

“Atilla Yıldırım, Aleksey İsayev və Bəxtiyar Həsənalızadə yaxşı futbolçulardı, komandamızın aparıcı üzvləridi. Qurban Qurbanovun seçimidi, bəyəndiyi futbolçuları milliyə çağırır. İnşallah gələcəkdə Atilla və İsayevi də çağırar” – deyə, Hüseynov fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30