28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Qoran Paratski: "Qolum effektli alınmasa da, effektiv oldu"

"Neftçi”nin yarımmüdafiəçisi Qoran Paratski "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına müsahibə verib. Qol və qələbə sevincini gizlətməyən xorvatiyalı futbolçu liderliyi qorumağın yolunu da göstərib. Futbolxeber.az saytı müsahibəni təqdim edir:
 
- Oyun haqda nə deyə bilərsiz?
 
- Asan olmadı. Xüsusilə komandamız azlıqda qalandan sonra çox çətin oldu.
 
- Erkən qoldan sonra qələbənin böyükhesablı olacağını təxmin etmək olardı?
 
- Deməzdim. Qarşımızda yaxşı bir rəqib var idi. Başa düşürdük ki, ikinci qolu vurmaq lazımdır. Məhz ondan sonra, demək olar, rəqibə təhlükəli epizod yaratmağa imkan vermədik.
 
- Oyun ərzində ən çətin məqam hansı oldu?
 
- Dediyim kimi, birinci qoldan sonra oyuna nəzarəti saxlamaq. İkinci qolu vurmaq üçün imkanlarımız olsa belə, birinci hissədə bunlardan yararlana bilmədik.
 
- Mövsümdə ikinci qola imza atdız...
 
- Bəli, bu qolum birincidən fərqli olaraq o qədər effektli alınmadı, amma effektiv oldu. Qol vurduğum üçün şadam. Amma əsas odur ki, bu gün nə qədər güclü olduğumuzu göstərdik. Azlıqda qalsaq da, hesabı qoruyub saxlaya bildik.
 
- İlk dövrədən sonra birinci yerdəyik. Sizcə, liderliyi necə qorumalıyıq?
 
- Hər oyuna köklənib, hazır olmalıyıq. Zirvədə olmaq nə qədər sevindiricidirsə, o qədər də çətin və məsuliyyətlidir. Hər matçda yaxşı oyun göstərib, azarkeşlərimizin də dəstəyi ilə liderliyimizi qorumalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31