25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qəbələ"yə heç bir şans vermədik"

"Zirə"nin futbolçusu Miloş Radivoyeviç evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının VII tur matçından sonra brifinq keçirib. 
Futbolxeber.az saytının məlumatına görə, yeganə qolun müəllifi öncə oyunu dəyərləndirib...
 
 
- Çox çətin məcrada keçən oyun oldu. Qələbəyə ehtiyacımız var idi. Uzun müddətdən sonra çempionatda ilk qələbəmizi qazandıq. Bunu məhz bu gün gerçəkləşdirdik. Üstümüzdə çoxlu təzyiq var idi. Bu, oyunumuza çətinlik yaradırdı. Matça yaxşı hazırlaşmış, rəqibi  təhlil etmişdik. Öz şansımızı gözləməli, müdafiədə kompakt oyun sərgiləməli idik. Bunu da bacardıq. Ümidvaram ki, növbəti oyunlarda daha rahat çıxış edəcəyik.
 
- İlk qələbənizi birinci dövrənin son turunda qazandınız. İndiyədək bu nəticəni əldə etməyinizə nə mane oldu?
 
- Komandamızda baş məşqçi dəyişikliyi olub. Bu isə yeni futbol fəlsəfəsinin tətbiqi deməkdi. Təbii ki, hələ də vaxta ehtiyacımız var. Futbolçuların bir-birilərini başa düşməsi üçün də vaxt lazımdır. Bu, bizdə oyundan-oyuna alınır. İnanıram ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik. Zaman keçdikcə baş məşqçi futbolçulara, oyunçular isə ona daha yaxşı bələd olur. Gələcəkdə baş məşqçinin tələblərini daha yaxşı yerinə yetirəcəyimizə əminəm. Bundan əvvəlki matçlarda da yaxşı çıxış etmişdik. Amma təəssüf ki, 3 xalı hələ indi qazana bildik.
 
- Necə düşünürsüz: Qələbənizə rəqibin pis oyunu gətirib çıxardı?
 
- Mən belə düşünmürəm. Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibə heç bir şans vermədik, qol vurmaları üçün imkan yaratmadıq. Müdafiədə kompakt futbol oynadıq. Öz şansımızı gözlədik və istəyimizə nail olduq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30