25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elşad Əhmədov: "Özümü "Neftçi"li kimi hiss etdim"

Topaz Premyer Liqasının 7-ci turunda “Neftçi”yə səfərdə 0:2 hesabı ilə məğlub olan “Sabah”ın baş məşqçisi Elşad Əhmədov matçsonrası mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, 48 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bildirib.
 
- “Neftçi” layiqli qələbə qazandı. İlk yarıya yaxşı başlamadıq. Müdafiədə boşluqlar verirdik, hücuma keçə bilmirdik. Erkən qol buraxdıq. Fasilədən sonra özümüzə gəldik. Zənnimcə, ikinci hissədə bir qədər üstün oynadıq. Hücum xəttində problemlərimiz var.
 
- “Qarabağ”la oyundan sonra 1 xala layiq olduğunuzu bildirmişdiniz. Bəs, bu gün hansı fikirdəsiniz?
 
- Bu gün eyni sözləri deyə bilmərəm.
 
- İlk hissədə yenə əvəzetmə etdiniz...
 
- Əvvəlcə rəqibin mərkəzdən hücum etdiyini gözləyirdik. Sonradan cinahları bağlamalı olduq.
 
- Hücumdakı problem deyərkən tək Deviçi nəzərdə tutursunuz?
 
- Xeyr. Bura vingerlər də, hücumameylli yarımmüdafiəçilər də aiddir.
 
- Elşən Abdullayevin durumu nə yerdədir?
 
- Təqribən 1 həftədən sonra məşqlərə başlayacaq.
 
- Arxada qalan ilk dövrəni necə dəyərləndirirsiniz?
 
- Debütant üçün 10 xal normaldır. Amma nəticədən razıyam, oyun olaraq, xeyr.
 
- Xeyli müddət “Neftçi”də işləmisiniz. Yenidən “Bakcell Arena”ya daxil olmaq necə hissdir?
 
- Özümü “Neftçi”li kimi hiss etdim. Hətta stadiona gələndə çaşıb paltardəyişmə otağını səhv salmışdım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30