25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Şeydayev Mədətova görə azarkeşlərə müraciət etdi

Millimizin üzvü Ramil Şeydayev “Qarabağ”ın futbolçusu Mahir Mədətovun Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda “Arsenal”la keçirilən görüşdə əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmağına münasibət bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, “Krılya Sovetov”un futbolçusu şəxsi İnstaqram səhifəsində bu barədə paylaşıb edib. O, millidə komanda yoldaşı olan gənc hücumçunu müdafiə edib, azarkeşləri yerli futbolçulara dəstək olmağa çağırıb:
 
“Salam qardaşlar!
 
Azarkeşlərimizə səslənmək istəyirdim. Dünən “Qarabağ” – “Arsenal” matçını izlədim. Qardaşımız, Mahir Mədətov əvəzlənəndə stadion onu fitə basmağa başladı! 
 
Nəyə görə? Niyə?
 
O, bizim oyunçumuzdu, Azərbaycanın ən güclü və parlaq oyunçularından biridi. Ən yaxşısı, gəlin ona dəstək olaq, onu alqışlayaq. Belədə o sizin dəstəyinizi hiss etsin və daha da güclü olsun!
 
Hər kəsin çətin periodları olur, heç kimi, xüsusilə də gənc oyunçuları təhqir etmək olmaz. Dostlar, öz oyunçularınıza hörmətlə yanaşın. Biz daha güclü olmağa çalışırıq, biz sizinlə birlikdə qazanmaq istəyirik, çətin dəqiqələrdə də dəstək olun!
 
Biz bir olmalıyıq, biz azərbaycanlıyıq, istənilən vəziyyətdə bir-birimizə dəstək olmalıyıq! Onda biz sizin köməyinizlə daha da güclü olacağıq!
 
Çox sağolun!”
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30