16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Sokratis Papastatopulos: "Qarabağ" nə qədər qol imkanını boşa verdi"

“Arsenal”ın müdafiəçisi Sokratis Papastatopulos klubun rəsmi saytına müsahibə verib.
 
Futbolxeber.az saytının məlumatına görə, yunanıstanlı müdafiəçi Avropa Liqasının ikinci turu çərçivəsində “Qarabağ”a qarşı keçirilən görüşü şərh edib:
 
- Çox çətin oyun idi. “Qarabağ” da çox yaxşı oynadı. Onlar çox qol epizodu boşa verdilər. Qalib gəldik, xoşbəxtik. Amma biz daha çox işləyib, artırmalıyıq. Bilirik ki, nələrsə o qədər də asan olmur. 
 
- “Qarabağ”a qarşı üç müdafiəçi ilə oynayırdınız...
 
- Mənim üçün o qədər də qəribə bir şey yox idi. Tomas Tuhelin rəhbərliyi altında “Borussiya”da bu cür oynamışam. Bu yaxşı sistemdi, rəqibimizə də uyğun oynadıq. Unai Emeri komanda üçün nəyin yaxşı olduğunu daha yaxşı bilir.
 
- “Arsenal”da ilk qolunuzu vurdunuz..
 
- Bəli. Naço Monrealın sayəsində bunu edə bildim.
 
- Qapınızı toxunulmaz saxlamaq çox önəmli idi?
 
- Əlbəttə ki, bu ən vacib olan idi. Bunu hər oyunda etmək istəyirik. “Qarabağ”a qarşı isə sadəcə bəxtimiz gətirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30